USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Fidan Hacıyeva adına birinci Beynəlxalq Opera Festivalı tamaşaçıları təəccübləndirməyə hazırlaşır. Aprelin 27-dən mayın 3-dək Bakı və Gəncənin konsert meydançalarında ən maraqlı əsərlər, o cümlədən Corc Bizenin “Karmen” operasının müasir versiyasının premyerası təqdim olunacaq.
Tamaşaçıları həmçinin bir sıra konsertlər gözləyir: “Gənc Opera Ulduzları”, “Gələcəyin Ulduzları”, “Sənət Varisləri” və “VİVA-OPERA”, həmçinin Klassik Musiqi Gecəsi. Festivalın iştirakçıları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyası, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyası, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Landmark Rotunda Zal.
Bir cavab yazın